İngiltərə

Premyer Liqa klublarına ödənilən fantastik bonuslar – SİYAHI

İngiltərə Premyer Liqası (İPL) klublarının ötən mövsüm çıxışlarına görə aldıqları bonus məbləğlərini açıqlanıb.

Aut.az xəbər verir ki, bu siyahını “The Athletic” dərc edib.

Çempion “Mançester Siti” rekord gəlir əldə edib. “Şəhərlilər” 176,2 milyon funt-sterlinq bonus qazanıb ki, bu da əvvəlki mövsümlə müqayisədə 15 faiz çoxdur.

Sonrakı sıralarda qərarlaşan “Arsenal” 172,2 milyon, “Mançester Yunayted” isə 168,3 milyon funt-sterlinq qazanıb.

Qeyd edək ki, çempionatın sonuncusu olan “Sauthempton”un büdcəsinə 103,6 milyon funt-sterlinq daxil olub.

Premyer Liqa klublarına ödənilən fantastik bonuslar - SİYAHI