Premyer Liqada bu sistem tətbiq ediləcək: Aprelin 12-dən
İngiltərə Premyer Liqası aprelin 12-dən etibarən yarımavtomatik ofsayd aşkarlama sisteminin tətbiq ediləcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat verib.
Bu sistemin yarışın 32-ci turunda tətbiqinə başlanılacağı vurğulanır.
Bundan əvvəl KİV-lər belə bir yeniliyin VAR sistemindən istifadə edərək ofsayd mövqelərinin yoxlanılması vaxtını 31 saniyəyə qədər azaltmağa kömək etməli olduğunu yazmışdılar.
Xatırladaq ki, hazırda İtaliya çempionatında və Çempionlar Liqasında yarımavtomatik ofsayd aşkarlama sistemindən istifadə olunur. Bu sistem ilk dəfə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının oyunları zamanı sınaqdan keçirilib.
Aut.az
