Rəhbərlik onu satmaq, Amorim saxlamaq istəyir
“Mançester Yunayted”in sahiblərinin yeni siyasəti klubda toxunulmaz futbolçuların olmamasını şərtləndirir. Gəlirli təklif alınarsa, istənilən oyunçu satıla bilər.
Aut.az xəbər verir ki, komandanın baş məşqçisi Ruben Amorim isə klub akademiyasının ən yaxşı istedadlarını saxlamaq niyyətindədir.
“Mançester Yunayted” Premyer Liqanın maliyyə qaydalarına riayət etmək səyləri çərçivəsində 19 yaşlı Kobbi Mainu və 20 yaşlı Alexandro Qarnaço ilə vidalaşa bilər. Amma məşqçi gənc istedadı buraxmaq istəmir.
“Bəli, oyunçularım həmişə favoritlərimdir, ona görə də oyunçularımı saxlamaq istəyirəm. Bu klubda xüsusi bir məqamdır, çətin andır, amma Kobbinin irəliləməsinə çox şadam”, – deyə Amorim bildirib.
“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. Komandanın 20 oyundan sonra 23 xalı var.
Aut.az
