“Çelsi” ilə “Yunayted”in əfsanələri Şöhrət Zalında – FOTO
İngiltərə Premyer Liqasının Şöhrət Zalına daha iki ad əlavə edilib.
Aut.az xəbər verir ki, Eşli Kouldan sonra fəxri ada əfsanəvi oyunçular – “Mançester Yunayted”in keçmiş hücumçusu Endryu Koul və “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri layiq görülüb.
Koul 1994-cü ildən 2002-ci ilə qədər “qırmızı şeytanlar”da oynayıb (həmçinin “Nyukasl”, “Blekbern”, “Fulhem”, “Mançester Siti”, “Portsmut” və “Sanderlend”də çıxış edib, 187 qol vurub və beş kubok qazanıb).
Terriyə gəlincə, 1998-2017-ci illər arasında “Çelsi”də çıxış edən müdafiəçi “mavilər”in heyətində 492 oyun keçirib, 41 qol vurub və beş kubok qazanıb.

Aut.az
