Yusuf Dikeç müsahibəyə görə 30 min avro tələb edir: Bilirsiniz niyə?
2024-cü il Olimpiadasında gümüş medal qazanan türk atıcı Yusuf Dikeç həm də bütün dünyada məşhurlaşdı.
O, sol əlini şalvarının cibində saxlayaraq xüsusi qulaqcıq və atıcı eynək olmadan atəş açmaqla sosial şəbəkələrdə inanılmaz sürətlə populyarlaşdı.
Aut.az xəbər verir ki, “L’Equipe”nin məlumatına görə, Dikeçin agenti onunla müsahibə üçün 30 min avro istəyir. Bu, yəqin ki, təkcə atıcının populyarlığı ilə bağlı deyil, həm də mətbuatla ünsiyyət qurmaq istəməməsi ilə bağlıdır.
“O, çox məşğuldur və artıq qızıl medalı hədəflədiyi 2028-ci il Olimpiadasına hazırlaşır. Yusuf sənətçi deyil, müsahibələrlə maraqlanmır”, – deyə agent Mehmet Ali Akgül bildirib.
Aut.az
