Digər

Rəsmən açıqlandı: Prezident seçkiləri bu tarixdə olacaq

BOK-un yeni prezidenti üçün seçkilər martın 20-də keçiriləcək.

Aut.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Seçkilər BOK-un martın 19-dan 21-dək Kosta-Navarinoda (Yunanıstan) keçirilməsi planlaşdırılan 144-cü sessiyası çərçivəsində baş tutacaq. Bundan əvvəl martın 17-də BOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.

BOK-un hazırkı prezidenti Tomas Bax 2013-cü ildən təşkilata rəhbərlik edir. O, namizədliyini verməyəcək.

Aut.az