Digər

Millinin həkimi intihar etdi

Rusiya biatlon komandasının baş həkimi Aleksey Laqutoçkinin ölümünün təfərrüatları məlum olub.

Aut.az xəbər verir ki,  48 yaşlı mütəxəssisin intihar etdiyi bildirilir.

Laqutoçkinin meyiti çərşənbə axşamı, fevralın 13-də saat 17 radələrində Aprelevkada (Moskva vilayəti) öz mənzilində tapılıb. MK hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, mütəxəssisin cəsədini həyat yoldaşı aşkar edib.

Xəsarətlərin xarakterinə görə intihar versiyası dəqiqləşdirilir. Laqutoçkinin yaşadığı evdən odlu silah götürülüb. Ov tüfəngi ekspertizaya göndərilib.

Qeyd olunur ki, mütəxəssis 22 mövsümü millidə keçirib.

Aut.az