Güləş

Azərbaycanın 2 güləşçisi Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Aut.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 güləşçisi çempionluq uğrunda görüşə çıxıb.

Nihat Məmmədli (60 kq) və Həsrət Cəfərov (67 kq) həlledici dueldə qalib gəlib və Avropa çempionu olublar.

Ülvü Qənizadə (72 kq) isə ikinci yeri tutub.

Dünən isə digər yunan-Roma güləşçilər Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıblar.

Beləliklə milli komanda yarışı 3 qızıl 2 gümüş 1 bürünc medalla başa vurub.