Digər

14 ildir dəyişməyən dünya rekordunu qırdı

Yaponiyanın Fukuoka şəhərində keçirilən dünya çempionatında 19 yaşlı avstraliyalı Molli O’Kallaqan 200 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, O’Kallaqan 1:52.85 nəticə ilə qalib gələrək 2009-cu ildə qeydə alınan dünya rekordunu yeniləyib.

Həmin vaxt Romada keçirilən dünya çempionatında italiyalı Federika Pelleqrini 1:52.98 nəticə göstərərək altıncı dəfə bu məsafə üzrə dünya rekordçusu olmuşdu.

Qeyd edək ki, Fukuokada keçirilən dünya çempionatında artıq 4 dünya rekordu qeydə alınıb. Bu yarışda amerikalı Maykl Felpsin son dünya rekordu qırılıb.