Klublar narazıdır: Əleyhinə səs verdilər
Beynəlxalq Futbol Assosiasiyaları Şurası ( IFAB ) İngiltərə Premyer Liqasında VAR-da dəyişikliklərin edilməsiylə bağlı məsləhətləşmələrə başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, VAR-ın daxilində yarımavtomatik ofsayd aşkarlama sistemi tətbiq oluna bilər.
Ancaq klublar Dünya Kuboku və Çempionlar Liqasında istifadə edilən texnologiyanın əleyhinə səs veriblər, lakin onun gələn mövsümdən istifadə olunacağına inamın artdığı bildirilir.
Aut.az
