İngiltərə

“Siti”dən Qvardiolayla bağlı gözlənilməz həmlə: Yerinə namizəd tapdılar

“Mançester Siti” klubu məşqçilər korpusunda köklü dəyişikliklər planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “Todo Fichajes” məlumat yayıb.

“Şəhəlilər” gələn yay baş məşqçi Pep Qvardiola ilə vidalaşmağı və onun yerinə “Bayer Leverkuzen”i çalışdıran Xabi Alonsonu dəvət etməyi planlaşdırırlar. Son vaxtlara qədər Alonso “Real”a rəhbərlik etmək istəyirdi, lakin “Siti”nin Xabini öz layihələrinə inandırmaq üçün bütün resursları var.

Qeyd edək ki, Qvardiola bir müddət öncə İjngiltərə çempionu ilə müddəti 2027-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb.

Aut.az