“Yaşıl işığ”ı yandırdılar: Al bu 200 milyonu…
“Arsenal”, Mikel Artetaya istədiyi transferləri reallaşdırmaq üçün “yaşıl işıq” yandırıb.
Aut.az xəbər verir ki, rəhbərlik transferlər üçün 200 milyon funt sterlinq (230 milyon avro) ayırıb ki, heyəti gücləndirsin.
Arteta “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı və “Brayton”dan Moyses Kaysedonu almaq istəyir. Bu iki transferin 170 milyon funt-sterlinqə (195 milyon avro) başa gələcəyi bildirilir.
Üstəlik, “Arsenal” yayda təxminən 8-9 oyunçunu satmağa çalışacaq. Bu transferlərdən əldə olunan gəlir də heyətin gücləndirilməsinə sərf olunacaq.
Aut.az
