Basketbol

“Neftçi” uduzdu

Azərbaycan Basketbol Liqasının XIII turunda NTD “Neftçi”yə qalib gəlib.

Aut.az  xəbər verir ki, A qrupunun oyununda birincilər 105:100 hesablı qələbəyə sevinib.

Turun əvvəlki oyunlarında “Naxçıvan” “Sərhədçi”ni 80:76, “Abşeron” isə “Sabah”ı 67:59 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.