Karyerasını nə vaxt bitirəcəyini erkən elan edəcək: Planı var
“Los Angeles Leykers”in əfsanəsi, 40 yaşlı Lebron Ceyms vida turu təşkil etmək istədiyi üçün karyerasını nə vaxt başa vuracağını əvvəlcədən elan edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Plain Dealer” məlumat yayıb.
Məqalədə deyilir: “O, çox güman ki, mövsümlərarası fasilədə səssizcə getməkdənsə, mərasimlərdə iştirak etmək və karyerasını bitirməyi liqada qeyd etməyi üstün tutur”.
Milli Basketbol Assosiasiyasının başa çatan mövsümündə Ceyms 70 oyuna çıxıb, orta hesabla 24,4 xal, 7,8 ribaund və 8,2 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
