Onun üçün 2 rəqib tapıb: Üçqat dünya çempionu olmaq istəyir
Məşhur britaniyalı ağır çəkili Derek Çisora keçmiş dünya çempionu Entoni Coşuaya rəqib tapıb.
Aut.az xəbər verir ki, o, Coşuanın növbəti rəqibinun keçmiş dünya çempionu Deontey Uaylderə qarşılaşmalı olduğunu hesab edir:
“Fyuri qayıtmasa, Coşua yayda Uaylderlə döyüşməli olacaq. Sonra Dubois ilə revanş döyüşü keçirməlidir. Coşua üçqat dünya çempionu olmaq istəyir. Onu buna sövq etmək lazımdır”.
Aut.az
