Basketbol

70 min dolları bir atışla qazandı – Video

NBA çərçivəsində keçirilən “Los-Anceles Leykers” – “Sakramento Kinqs” matçında maraqlı hadisə baş verib.

Aut.az xəbər veir ki, oyundakı fasilə zamanı təşkil edilən şou proqramda azarkeşlərdən biri diqqət mərkəzinə düşüb. “Böyük zərbə ilə cekpot” yarışında Los-Anceles təmsilçisinin tribunada əyləşən fanatı topu meydançanın mərkəzindən səbətə atmağa müvəffəq olub.

Nəticədə bu atış ona basketbol oyunundan fərqli olaraq 3 xal deyil, 70 min dollar qazandırıb. Mükafat azarkeşə dərhal çek şəklində təqdim edilib..

Oyuna gəlincə, maraqlı mübarizə şəraitində keçən qarşılaşma “Sakramento”nın 116-111 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ən yaxşı oyunçusu isə LeBron Ceyms seçilib. “Leykers”in lideri görüşü 32 xal, 9 asist və 8 ribaundıa başa vurub.

Heybət