Üç basketbolçu gecə klubunda dava saldı – VİDEO
Serbiyanın “Partizan” basketbol klubunun üç oyunçusu Belqrad şəhərindəki gecə klubunun yaxınlığında baş vermiş dava-dalaşın iştirakçısı olub.
Aut.az xəbər verir ki, hadisə ilə bağlı klubun rəsmi saytında yayımlanan açıqlamaya görə, insidentin səbəbi oyunçulara qarşı irəli sürülən irqçi təhqirlər olub və basketbolçular özlərini müdafiə etməyə məcbur qalıblar.
“Basketbolçulardan aldığımız məlumata əsasən, onlara bir qrup şəxs tərəfindən irqçi ifadələr səsləndirilib. Həmin şəxslər oyunçuların qız yoldaşlarını – onların qaradərili olmaları səbəbilə – ən alçaldıcı ifadələrlə təhqir ediblər. Hadisənin yalnız sözlə bitdiyi düşünülərkən, eyni şəxslər oyunçuları klubun çıxışında gözləyərək onlara hücum ediblər. Oyunçular bu hücuma cavab verməli olublar”, – deyə klubun açıqlamasında bildirilir.
Hadisədə iştirak edən basketbolçular polisə ifadə verəcəklər. Klub, intizam tədbirlərini daxili nizamnaməsinə əsasən müəyyən edəcək.
Aut.az
