LeBron Ceymsdən növbəti rekord
“Los Anceles Leykers”in hücumçusu LeBron Ceyms NBA-nın adi mövsümündə “Atlanta Hauks” ilə qarşılaşmada (132:134) tripl-dabl edib.
Aut.az xəbər verir ki, bu da ona karyerasında 41 min xala çatmağa imkan verib. Ümumilikdə onun indi 41,003 xalı var. O, NBA tarixində bu göstəriciyə görə rekorda sahibdir.
“Hauks”a qarşı oyunda 39 yaşlı amerikalı 39 xal, 11 məhsuldar ötürmə və 10 ribaundla yadda qalıb.
Aut.az
