Onun gəlişindən sonra komandanın dəyəri 26 dəfə artıb
Milli Basketbol Assosiasiyası (MBA) klubu “Qolden Steyt Uorriors”un dəyəri, Stiven Karrinin debütündən bəri 26 dəfə artaraq 8,2 milyard dollara çatıb.
Aut.az xəbər veririk, bu barədə “Fadeaway World” məlumat yayıb.
Basketbolçu komandada ilk oyununu 2009-cu ildə keçirib. İndi klubun dəyərinə görə Kaliforniyalılar bütün idman dünyasında yalnız “Dallas Kovboys”dan geri qalırlar. Bu komanda Milli Futbol Liqasında (NFL) oynayır.
Cari MBA mövsümündə Stiven “Qolden Steyt Uorriors”un heyətində 51 oyunda meydana çıxıb, hər oyunda orta hesabla 28,1 xal, 4,3 ribaund və 5,1 asistlə yadda qalıb. Kaliforniya komandası Qərb Konfransının turnir cədvəlində 10-cu yerdədir.
Aut.az
