Basketbol

Azərbaycan komandası Latviya klubuna rəqib oldu

Azərbaycanın “Landau Lions” basketbol komandasının FIBA Çempionlar Liqasındakı rəqibi bəlli olub.

Aut.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimində müəyyənləşib.

Komanda 2-ci təsnifat mərhələsinin 1/8 finalında Latviyanın “VEF Riqa” klubu ilə üz-üzə gələcək.

Oyunlar sentyabrın 14-20-si aralığında keçiriləcək.