Tarixə düşdü: Bunu bacaran ilk qadın oyunçu oldu – VİDEO
“Las-Veqas Aces” komandasında çıxış edən Eysja Uilson tarixi nailiyyət əldə edib.
Aut.az WNBA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 11-də baş tutan müntəzəm mövsüm oyunu çərçivəsində “Las-Veqas Aces” “Konnektikut Sun” üzərində 94:86 hesabı ilə qələbə qazanıb.
29 yaşlı amerikalı basketbolçu görüşü 30 xal, 20 ribaund, 5 assist və 2 top oğurluğu ilə tamamlayıb. Bu, WNBA tarixində 30+ xal və 20+ ribaundla “double-double” edən ilk oyunçu olması deməkdir.
İndiyədək heç kim belə göstəriciyə nail ola bilməyib və Uilson bu göstəricilərlə liqa tarixində birinci olub.
Aut.az
