Bitdi: Bu mükafat uğrunda mübarizə apara bilməyəcək
“Dallas”ın 25 yaşlı sloveniyalı müdafiəçisi Luka Donçiç zədə səbəbindən “Denver”ə qarşı oynamayacaq.
Aut.az xəbər verir ki, bu, NBA mövsümündə buraxılmış 17-ci oyun olacaq.
Reqlamentə əsasən, 17-dən çox oyunu buraxdığına görə, Donçiç fərdi MVP mükafatları uğrunda mübarizə aparmaq imkanını itirir. Çünki bunun üçün mövsümdə minimum 65 oyun oynamaq lazımdır.
Son beş mövsümdə Donçiç ardıcıl olaraq liqanın ən yaxşı beş oyunçusu arasında yer alıb. Lakin mövsümöncəsi matçlarda başlayan daimi zədələr səbəbindən bu mövsüm onun üçün asan olmadı.
Aut.az
