Basketbol

Serblər bir-birlərini söydülər – Avroliqa cərimələdi

Avroliqa iki Serb klubunu azarkeşlərinin davranışına görə cərimələyib.

“Srvena Zvezda” doğma meydanda “Partizan”la qarşılaşıb və  73:71 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, hər iki komandanın azarkeşləri arenada iğtişaşlar törədib və oyun boyu təhqiramiz şüarlar səsləndiriblər.

Avroliqanın İntizam Komitəsi “Partizan”ı 50 min avro cərimələyib. Bundan əlavə, “Baskonia” ilə oyunda komanda azarkeş sektorları qapalı olacaq.

“Srvena Zvezda”ya gəlincə, klub 20 min avro cərimələnib. Bu, Belqrad komandası üçün cari mövsümdə ilk cərimə deyil – noyabrda onlar azarkeşlərinin davranışına görə 32 min avro cərimə olunmuşdular.

Aut.az