“Nyukasl”ın xəstəxanaya yerləşdirilən məşqçisindən xəbər var
Bir müdddət əvvəl xəstəxanaya yerləşdirilən “Nyukasl”ın baş məşqçisi Eddi Hau işinin başına qayıdıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Apreldə “sağsağanlar”ın çalışdırıcısı Premyer Liqanın 32-ci turunda “Mançester Yunayted”lə oyundan (4:1) əvvəl xəstəxanaya yerləşdirilmişdi. 47 yaşlı mütəxəssisə pnevmoniya diaqnozu qoyulmuşdu.
33 oyundan sonra “Nyukasl” 59 xalla Premyer Liqa cədvəlində 5-ci yerdədir. Aprelin 26-da Haunun komandası 34-cü turun matçında evdə “İpsviç”i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Aut.az
