“Real” geri addım atdı: Vinisiusdan üstün tutduqları ulduzu transfer etmək istəyirlər
“Real” 2024-cü ilin “Qızıl top” sahibi, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
28 yaşlı ispaniyalının ingilis klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. İddia olunur ki, futbolçu “Siti” ilə müqaviləni uzatmaq və ya “Kral Klubu”na keçmək arasında seçim edəcək.
Mənbənin sözlərinə görə, futbolçunun agenti Pablo Barquero artıq “Mançester Siti”dən Rodri üçün yeni müqavilə təklifi alıb. Bununla belə, əslən Madridli olan ispaniyalı doğma şəhərinə qayıtmaq və dünyanın ən güclü klublarından birinə qoşulmaq fikrini çox bəyənir.
Daha əvvəl bildirilmişdi ki, “Real” mükafatın qalibinin “Los Blancos”un futbolçusu Vinisius Junior deyil, Rodri olacağını öyrəndikdən sonra “Qızıl top” mərasimi üçün Parisə nümayəndə heyəti göndərməkdən imtina edib.
Qeyd edək ki, Yarımmüdafiəçi 2019-cu ildən “Siti”də çıxış edir. “Transfermarkt” Rodriqonun bazar dəyərini 130 milyon avro olaraq qiymətləndirir.
Aut.az

