“İmişli” 1/8 finalada
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanan daha bir kollektiv bəlli olub.
Aut.az xəbər verir ki, “İmişli” bu raundda iştirak hüququ əldə edib.
Komanda II təsnifat mərhələsində “Cəbrayıl”ı 5:1 hesabı ilə üstələyib. I Liqa təmsilçisi 1/8 finalda “Kəpəz”lə üz-üzə gələcək.
