Türkiyəİngiltərə

Mourinyo “Siti”nin ulduzunu hədəfə aldı

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin qapıçısı Edersonu transfer siyahısına əlavə edib.

Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis cari mövsümdəki çıxışı fonunda komandasını gücləndirmək istəyir. Buna görə də o, bir neçə ulduz futbolçunun transferində maraqlıdır. Onlardan biri də məhz “Siti”nin “bir nömrəsi” Edersondur.

Braziliyalı qolkiperin yayda 2017-ci ildən çıxış etdiyi “şəhərlilər”dən ayrılmaq ehtimalı var.Mourinyo da bu fürsəti əldən vermək istəmir.

Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatının turnir cədvəlində lider “Qalatasaray”dan 9 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.