İngiltərə

“Yunayted”in transfer hədəfi: Onları alır – Bəs kimləri satır?

“Mançester Yunayted”in transfer bazarındakı hədəfi bəlli olub.

Aut.az xəbər verir ki, “Daily Mail” iddia edir ki, klub Viktor Osimhen (“Napoli”), Xavi Simons (“Leyptsiq”), Benjamin Sesko ( “Leyptsiq”), “Kristal Pelas”dan Ebereçi Eze və “Bornmut”dan Antuan Semenyonun namizədliyini müzakirə edir.

Alexandro Qarnaço, Markus Reşford, Antoni və Kasemiro yayda satıla bilər. Baxmayaraq ki, onlar üçün “uyğun qiymət” tapmaq çətin olacaq.

Aut.az