İngiltərə

“Çelsi” ilə sosial mediada vidalaşdı: Rahatlıq hissi ilə…

“Çelsi”nin sabiq baş məşqçisi Entso Mareska sosial media hesabında vida paylaşımı edib.

Aut.az xəbər verir ki, yanvarın 1-də London klubu 45 yaşlı italiyalı mütəxəssisi istefaya göndərib. Mareska 2024-cü ilin yayından bəri “Çelsi”ni çalışdırır və komandaya Konfrans Liqasında və FIFA Klublararası Dünya Kubokunda qələbə qazandırıb. Premyer Liqanın 20 turundan sonra londonlular turnir cədvəlində beşinci yerdədirlər.

“Çelsi”dəki səyahətim Konfrans Liqasının ilkin mərhələlərində başladı. “Çelsi” kimi nüfuzlu bir klubun layiq olduğu yerdə olduğunu bilərək rahatlıq hissi ilə ayrılıram .

Son 18 ay ərzində göstərdikləri dəstəyə görə bütün “Çelsi” azarkeşlərinə təşəkkür etmək istəyirəm. Bu dəstək Çempionlar Liqasına vəsiqə qazanmağımızda, Konfrans Liqasını qazanmağımızda və Klublararası Dünya Kubokunu qazanmağımızda həlledici rol oynadı. Bunlar qəlbimdə əbədi qalacaq qələbələrdir!

Bu gözəl səyahətdə mənimlə birlikdə olan bütün oyunçulara xüsusi təşəkkür edirəm.

Bu anları mənimlə bölüşən hər kəsə mövsümün ikinci yarısında və gələcəkdə uğurlar arzulayıram.

“Çelsi”, ailəm və özüm adımdan təşəkkür edirəm”, – Mareska yazıb.

Bu gün, 6 yanvar tarixində Fransanın “Strasburq” klubundan ayrılan 41 yaşlı ingilis Liam Rosenior rəsmi olaraq “Çelsi”nin baş məşqçisi olub.

Aut.az