“Bavariya” ala bilmədi, İngiltərə nəhənginə keçir: 80 milyona
“Nyukasl” “Ştutqart”ın 23 yaşlı hücumçusu Nik Voltemadeni transfer edir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Məlumata görə, Almaniya klubu “sağsağanlar”dan gələn təklifi qəbul edib. Futbolçu da İngiltərə klubuna keçməyə razılaşıb.
“Nyukasl” bu transfer üçün 80 milyon avro və əlavə bonuslar ödəyəcək. Voltemade növbəti 24 saat ərzində İngiltərədə tibbi müayinədən keçəcək.
Yay ərzində “Bavariya” almaniyalı hücumçunu heyətinə qatmaq istəyib. Lakin transfer qiymətinə görə keçid reallaşmayıb.
Qeyd edək ki, ötən mövsüm Voltemade bütün turnirlərdə 33 oyunda çıxış edərək 17 qol vurub və 3 qolun ötürməsini verib. Onun “Ştutqart”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Aut.az
