“Çelsi” yayın transferini reallaşdırır
“Mançester Yunayted”in vingeri Alejandro Qarnaço yaxın günlərdə “Çelsi”yə transfer olunacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar futbolçunun keçidi ilə bağlı razılığa gəliblər. Transfer məbləği 40 milyon funt sterlinq (46 milyon avro) təşkil edəcək.
Qarnaço London təmsilçisi ilə 7 illik müqavilə imzalayacaq.
