İngiltərə

Dekabrın ən yaxşısı o oldu

“Nyukasl”ın hücumçusu Aleksandr İsak, dekabrda İngiltərə çempionatının ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, ötən ay isveçli futbolçu Premyer Liqada 6 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mükafata Trent Alexander-Arnold (Liverpul), Morqan Qibbs-Uayt (Nottingham Forest), Din Heysen (Bornmut), Ceykob Merfi (Nyukasl), Koul Palmer (Çelsi), Etoni Robinson (Fulham) və Məhəmməd Salah (Liverpul) da namizəd olublar.

Aut.az