İngiltərə

De Bruyne də Ərəbistana gedir? – Orada 2 il oynasam…

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Səudiyyə Ərəbistanı çempionatına mümkün transferindən danışıb.

Aut.az xəbər verir ki, belçikalı futbolçu HLN-ə açıqlamasında bu sözləri deyib:

“Mançester Siti ilə müqaviləmin bitməsinə 1 il qalıb. Ona görə də bundan sonra nə olacağını düşünməliyəm. Mənim yaşımda hər şeyə açıq olmalısan. Burada inanılmaz miqdarda puldan, karyeramın sonunun nə ola biləcəyindən danışırıq. Bəzən bu barədə də düşünmək lazımdır. Səudiyyə Ərəbistanında 2 il oynasam, çox pul qazanaram.

Mən 15 ildən çoxdur ki, futbol oynayıram və yəqin ki, hələ də orada qazana biləcəyim qədər qazanmamışam. Bəzən gələcəyinlə bağlı qərar verməli olursan, amma mən bunu hələ etməmişəm”.

Qeyd edək ki, bəzi Səudiyyə klublarının De Bruynenin xidmətində maraqlıdır.

Aut.az