İngiltərə

Qvardiola “Siti”nin əsl dərdini açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun ciddi  problemlərlə üzləşdiyini bildirib.

Aut.az xəbər verir ki, Pep nəticələrin pisləşməsinin də buna bağlı olduğunu bildirib.

“Xüsusilə müdafiədə çox ciddi problemimiz var, ona görə də klub bu transfer pəncərəsi zamanı nə edəcəyini düşünür. Qarşıdan gələn transferlər haqqında heç nə bilmirəm. Bu mövsüm müdafiədə çətinlik çəkdik. Hücumda az-çox normal oynayırıq, amma arxada…

Bundan sonra nə gözləyəcəyimi bilmirəm. İstədiyim tək şey bu yola başladığımız komandanın geri qayıtmasıdır. Problem Rodridə deyil. Yalnız bir oyunçu əskikdir, qalanları isə hazırdır”, – Qvardiola fikirlərini bölüşüb.

“Mançester Siti” 34 xal toplayıb və çempionatda altıncı pillədə qərarlaşıb. Növbəti matçda Xosep Qvardiolanın yetirmələri yanvarın 14-də “Brentford”la qarşılaşacaq.

Aut.az