İngiltərə

Fernandes Bekhemin rekordunu qırması haqda: Əlbəttə ki…

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes klubun tarixinə düşüb.

Aut.az xəbər verir ki, 30-cu turda “Aston Villa”ya qarşı (3-1) keçirilən oyunda portuqaliyalı yarımmüdafiəçi Devid Bekhemin “qırmızılar”da qazandığı rekordu qırıb.

Bruno oyunda iki məhsuldar ötürmə edib. Bununla da o, MY-nin heyətində bir mövsümdə 16 məhsuldar ötürmə edərək Bekhemin rekordunu (15) qırıb.

O, hazırda bir mövsümdə 20 məhsuldar ötürmə edən Tyerri Anri və Kevin de Bruynenin ortaq rekordunu qırmağı hədəfləyib.

Və məlum olub ki, Fernandes bu tarixi anı əldə etmək üçün uşaq ikən Devidin özündən ilhamlanıb:

“Əlbəttə ki, bu, çox gözəldir. Əladır. Söhbət ən yaxşı oyunçulardan biri haqqında gedir. Ona görə də bunu etməkdən çox məmnunam.

Mən Bekhemi təqlid etməyə çalışdım. Əlbəttə ki, onun rekordunu qırdığım üçün çox xoşbəxtəm”.

Aut.az