İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen Premyer Liqanın iki bahalı hücumçusu – “Mançester Siti”nin futbolçusu Erlinq Haland və “Liverpul”un oyunçusu Darvin Nunes haqqında danışıb. Mövsümün əvvəlində çoxları bu transferlərin perspektivindən danışır və hücumçuları müqayisə edirdilər.
Aut.az xəbər verir ki, Ouen “Mirror” nəşrinə verdiyi açıqlamada onların müqayisəsini gülməli adlandırıb:
“Yada salaq ki, mövsümün əvvəlində iki böyük transferdən danışmışdıq. Biri “Mançester Siti”də Haland, digəri isə “Liverpul”da Nunesdir. Hamı mübahisə edirdi ki, onlardan hansı daha çox qol vuracaq? Hazırda bu müqayisə gülməli görünür, çünki biri artıq dayanmadan atəş açır, digəri isə sadəcə Premyer Liqada özünü axtarır.
Bir çox insan Nunesi siyahıdan silir və yazır: “Oh, mən “Liverpul”un yeni transferindən əmin deyiləm”. Düşünürəm ki, o, o qədər də pis deyil. “Arsenal”a qol vurdu və evdə “Reyncers”ə qarşı çoxlu şanslar yaratdı. Nunesin “Reyncers”lə ikinci oyunda vurduğu qol da önəmlidir”.
Aut.az