“Liverpul” şad xəbəri açıqladı: Sağalıb, amma…
“Liverpul”un baş məşqçisi Arne Slot, hücumçu Aleksandr İsakın tam heyətlə məşqlərə qayıtdığını və Premyer Liqanın 11-ci turunun “Mançester Siti” ilə qarşıdakı matçında oynaya biləcəyini təsdiqləyib.
Aut.az xəbər verir ki, isveçli futbolçu oktyabrın 22-də Çempionlar Liqasının “Ayntraxt Frankfurt”la oyununda zədələnib.
“İsak üç həftəlik fasilədən sonra yenidən komanda ilə məşq edəcək. Bilirəm ki, onun mövsümöncəsi hazırlıq dövrünün bir neçə həftə əvvəl başa çatdığını demişdim, amma üç həftəlik reabilitasiya sizi əvvəlki formaya qaytarmır. Onu bərpa etmək üçün inanılmaz iş görmüşük, amma oyun praktikasını əvəz edən yoxdur. Yenə deyirəm: ona vaxt verin”, – Slott bildirib.
İsak “Nyukasl”dan 125 milyon funt-sterlinq qarşılığında “Liverpul”a keçib, amma hələ də Premyer Liqada qolu vura bilməyib.
Aut.az
