İngiltərə

Çempionluğa görə alacaqları mükafat – Rekord məbləğ

“Mançester Siti”nin çempionluq üçün alacağı mükafatın məbləği bəlli olub.

Aut.az xəbər verir ki, “şəhərlilər” 166 milyon funt sterlinq alacaqlar. Bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, bu məbləğə yerli və xarici televiziya müqavilələrinin payı, komandanın turnir cədvəlində yekun mövqeyinə görə məbləğ, liqanın kommersiya gəlirindən pay və Böyük Britaniyada televiziyada canlı yayıma görə verilən bonus daxildir.

166 milyon funt-sterlinq – Premyer Liqa tarixində qalib üçün ən yüksək pul mükafatıdır. Xosep Qvardiolanın komandası ötən mövsüm 153 milyon funt-sterlinq qazanmışdı.

Mənbə onu da bildirir ki, liqadakı 20 klub ümumilikdə təxminən 2,7 milyard funt sterlinq alacaq.

Aut.az