4-cü divizion klubunun azarkeşləri Premyer Liqanı ələ saldılar
“Qrimsbi Taun” azarkeşləri Premyer Liqa standartını ələ salıblar.
Aut.az xəbər verir ki, 4-cü divizionun komandası İngiltərə Liqa Kubokunda “Mançester Yunayted”lə heç-heçə (2:2) edib.
Oyun zamanı azarkeşlər “Premyer Liqa, zarafat edirsən?” və “Hər həftə səninlə oynaya bilərikmi?” şüarlarını qışqırıblar.
Həmçinin, bildirilir ki, “Qrimsbi” stadionunu ziyarət edənlər “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin tezliklə istefaya göndəriləcəyinə işarə ediblər.
Aut.az
