İngiltərə millisinin düşərgəsindən ayrıldı
Müdafiəçi Kieran Trippyer Şimali Makedoniya ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin oyununda İngiltərəyə kömək etməyəcək.
Aut.az xəbər verir ki, “Nyukasl”ın mətbuat xidməti 33 yaşlı futbolçunun şəxsi səbəblərdən evə qayıtdığını bildirib.
Trippyer noyabrın 17-də Malta üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunda tam 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Avro-2024-ün final mərhələsinə erkən vəsiqə qazanan İngiltərə noyabrın 20-də Skopyedə Şimali Makedoniya ilə qarşılaşacaq.
