Amorim onun MY-dəki gələcəyi haqda danışmaq istəmədi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim 32 yaşlı müdafiəçi Hari Maquayrın klubdakı gələcəyini müzakirə etməkdən imtina edib.
Aut.az xəbər verir ki, o, “Maquayrın klubda qalmasını istərdinizmi” sualına belə cavab verib:
“Biz Hari ilə çox razıyıq. Amma indi onun gələcəyini müzakirə etmək vaxtı deyil. Bu, çox uzağa baxdığımız təəssüratını yaradır. O, bizim üçün çox önəmlidir, amma indi diqqətimizi növbəti oyuna yönəltməliyik”.
Qeyde edək ki, futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.
Aut.az
