“Barsa” ilə “Real”ın münasibətinin pisləşməsinə reaksiya: Xoşbəxtəm
La Liqanın prezidenti Xavyer Tebas “Barselona” ilə “Real” arasında münasibətlərin pozulmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl “Barselona”nın prezidenti Joan Laporta demişdi: “Bizi bir-birimizdən ayıran bir neçə məsələ var. Biz onsuz da barışmaz və əbədi rəqib idik, lakin indi münasibətlərimizi kəsən başqa amillər də var”.
“Bu, məni narahat etmir. Superliqa problemlərinə görə pisləşibsə, bunun böyük bir şey olduğunu düşünmürəm; sadəcə xoşbəxtəm.
Bunların heç biri bizə təsir etmir. Bir-birimizə qarşı nəzakətli olmalıyıq”, – Tebas bildirib.
Aut.az
