İspaniya

Yoldaşlıq oyunu “Barsa”ya milyonlar qazandırdı

“Barselona”sı ilə Meksikanın “Amerika” klubu arasında yoldaşlıq oyununda üz-üzə gəlib.

Aut.az xəbər verir ki, Dallasda (ABŞ) “Kotton Boul” stadionunda keçirilən görüş Meksika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalılarının qollarını Lamin Yamal və Mark Qiu vurub. “Amerika”dan isə Xulian Kuunones (2) və Enri Martin fərqlənib.

“Barsa” Şimali Amerika klubu ilə baş tutan matç sayəsində rəsmi olaraq 5 milyon avro qazanıb. İspaniya çempionunun zədəli Mark-Andre ter Ştegen, İniqo Martines, Markos Alonso, Qavi, Pedri və Ronald Araujodan başqa bütün əsas oyunçuları Dallasa yollanıb.