“Real” onu “Liverpul”a satmağa hazırdır: Bu qiymətə
“Liverpul”un ulduz cinah oyunçusu Məhəmməd Salahın müqaviləsi 2025-ci ilin yayında başa çatır. Klub və futbolçu müqaviləni uzatmaq fikrindən uzaqdır.
Aut.az xəbər verir ki, İngiltərə klubu artıq Salahın itkisi ilə barışıb və onun yerinə uzunmüddətli əvəzləyici tapıb. İspan mətbuatına görə, “Liverpul”un gələn yay üçün əsas transfer hədəfi “Real”ın cinah oyunçusu Rodriqo olacaq.
Madrid klubu 80 milyon avro təklif olunarsa, futbolçu ilə vidalaşmağa hazırdır.
Bu mövsüm Rodriqo klub səviyyəsində 26 oyun keçirib, on qol vurub və altı məhsuldar ötürmə edib. Daha əvvəl “Real Madrid “in “Bavariya”nın almaniyalı yarımmüdafiəçisi Coşua Kimmixlə danışıqlara başladığı bildirilirdi.
Aut.az
