İspaniya

Rəsmi – “Barsa” onunla müqaviləni uzatdı

Fermin Lopes “Barselona” ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial media səhifəsində məlumat yayıb.

Mediada əvvəllər yayılan xəbərlərdə 22 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinə əsasən maaşının ikiqat artacağı bildirilirdi. Həmçinin Lopesin sərbəst qalma bəndinin də ikiqat artacağı vurğulanırdı.

Yarımmüdafiəçi “Barselona”nın gənclər sisteminin məhsuludur. O, Kataloniya klubuna 13 yaşında “Betis” akademiyasından qoşulub. Lopes bütün yarışlarda 114 oyun keçirib, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

Aut.az