Digər

Azərbaycanlı hakim ÇL oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov növbəti beynəlxalq təyinat alıb. 

Aut.az xəbər verir ki, o, voleybol üzrə Çempionlar Liqasının oyununda baş hakim olacaq.

Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alan Eldar Zülfüqarov bu gün Türkiyədə keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Eczacıbaşı” (Türkiyə) və “Olimpiakos” (Yunanıstan) klubları arasında baş tutacaq qarşılaşmada baş hakim olacaq.

Matçın ikinci hakimi vəzifəsini isə polşalı Voyçex Maroşzek icra edəcək.