Həyat yoldaşına görə Ronaldoyla oynamaqdan imtina etdi
Hazırda azad agent olan qapıçı David de Xea Kriştiano Ronaldonun kapitanı olduğu “Əl-Nəsr”ə keçməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
“Əl-Nəsr” 33 yaşlı qolkiperi son dəqiqəyə qədər razı salmağa çalışıb və ona həftəlik 623 min dollarlıq müqavilə təklif edib. Lakin futbolçunun həyat yoldaşı Edurne Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.
Dea Xea hazırda “İnter Mayami”nin maraq dairəsindədir.
Qeyd edək ki, İspaniyalı qolkiperin “Mançester Yunayted”lə müqaviləsi iyul ayında başa çatıb və o, həmin vaxtdan azad agentdir.
