Dünya futbolu

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya – FOTOLAR

Bu dəfə sizinlə Avropaya fərqli formada səyahət edəcəyik. “Köhnə qitə”nin 4 fərqli məkanında, 4 fərqli hekayə və maraqlı futbol məkanları ilə tanış olacağıq. Bu obyektlərin yerləşdiyi ərazilər digərlərindən fərqlənir.

Əgər böyük futbol arenalarında olmaqdan həzz alımırsınızsa, belə məkanlar sizin üçün əsl istirahət və əyləncə məkanı ola bilər. Bunun üçün şimala doğru istiqamətlənmək lazımdır.

Başlayaq Şotlandiyanın qərb sahilindən. Əvvəlcə Qlazqodan təxminən 53 km məsafədə yerləşən dənizkənarı kurort rayonu Larqsa səyahət edəcəyik. Bu şəhərin “Larqs Tistl” adlı komandası var. Klub 3 əsrdir fəaliyyət göstərir. 1889-cu ildə yaradılıb. Ev oyunlarını “Barrfilds Park” adlanan balaca stadionda oynayır.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

“Gəmiçilər” Şotlandiya Qərb Liqasının Premyer Divizionunda çıxış edirlər. Ölkənin futbol sistemində bu liqa 6-10-cu səviyyələrdə hesab edilir. “Tistl” 21 iyul 1930-cu ildən “Barrfildd”ə oynayır. Deyilənlərə görə, ilk matçda 9 minə yaxın tamaşaçı olub.

1993/94 mövsümündə “Larqs Tistl” “Aybroks” stadionunda keçirilən finalda “Qlenafton Athletik”i 1:0 hesabı ilə məğlub edərək 8000 tamaşaçı qarşısında Şotlandiya Gənclər Kubokunu qazanıb.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Növbəti ünvanımız Hveraqerdidir. Bu, İslandiya paytaxtı Reykyavikdən 45 kilometr şərqdə yerləşən füsünkar bölgədir. 2000-dən bir qədər çox əhalisi var. Cənubi İslandiyanın giriş qapısı hesab edilir. Buranın adı “Qeyzerlər bağı” kimi tərcümə olunur. Geniş geotermal ərazidə yerləşir və isti bulaqların çoxluğuna görə “çiçək kəndi” adlanır.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Şübhəsiz ki, Hveraqerdinin əsas mirvarisi isti bulaqların yerləşdiyi sahələrdir. İsti su hovuzları, fışqıran qeyzerlər var. Kiçik qaynar su hovuzlarında hətta yumurta qaynatmaq olar. Reykyadalur vadisindəki isti axarda təmiz havada üzmək də mümkündür.

Hveraqerdidə futbol oynamaq üçün şərait pis deyil. Qış aylarında məşqlər və oyunlar Hamarsxeldəki isti və üstü örtülü meydanda, yayda isə unikal Grillvell səhələrində keçirilir. Yerli “Hamara” klubu isə İslandiyanın 4-cü divizionunda çıxış edir.

Komanda indi iddialı məşqçi axtarır. Bu işi bacarırsınızsa, siz də öz CV-nizi klubun elektron poçtuna göndərə bilərsiniz. Bəlkə onları üçüncü diviziona yüksəldəcək şəxs sizsiniz…

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Bütün dünya İsveçi təkcə təravətli görünən dumanlı meşələriylə deyil, həm də sahib olduğu göllərə görə tanıyır. Vastra Qotaland əyalətindəki Inqetorp gölünün yanında kiçik bir Karebi kəndi yerləşir. Təxminən 300 nəfər əhalisi var.

Yerli kəndin adını daşıyan “Karebi İS” idman klubu əfsanəyə çevrilib. Futbolla yanaşı, 4 dəfə İsveç çempionu olmuş qadınlardan ibarət hokkey komandası da var. Kişi futbol komandası 5-ci divizionda çıxış edir. Klub 1945-ci ilin aprelində bir neçə gənc tərəfindən yaradılıb. Üzvlük haqqı ildə 2,50 İsveç kronu (40 qəpik) müəyyən edilib. Qışda Buffered Pond və İnqethorp gölləri ətrafındakı çəmənliklərdən meydan kimi istifadə olunur.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Bavariya vilayətində, Alp dağlarının ətəyində mənzərəli yaşıl təpələr arasında məşhur Bad Ayblinq kurortu yerləşir. Buradakı Mitraxinq idman parkında Alman futbol internat məktəbinin (DFI) süni meydançası var. Məktəb çox sayda peşəkar futbolçu yetişdirib. Şöhrət zalında yerləşdirilən formalar bunu sübut edir.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Ancaq bu məkan digərlərindən fərqli olaraq təbiətin yanında deyil, radiolakasiyanın əhatəsində yerləşir. Bazanın yanında nəhəng qolf toplarına bənzəyən antenalar var. Bunlara “böyük qardaşın böyük qulaqları” deyirlər. Adından göründüyü kimi ABŞ-ın peyk monitorinq antenalarıdır. 2000-ci illərin əvvəllərinə qədər onlar “Echelon” qlobal kəşfiyyat sisteminin maraqlarına uyğun fəaliyyət göstərir.

Mütəxəssislərin fikrincə, buradan yer kürəsinin bütün guşələrində milyardlarla telefon danışığını, faks və elektron məktubları izlənir. Bazadan təkcə ABŞ deyil, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya da istifadə edir.

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Sözün hər mənasında təhlükəli bazanın futbol məktəbinin yanında olması isə çox qəribədir. Bu antenların ətrafındakı radio dalğalar və ultrabənövşəyi şüalar gənc futbolçulara təsirsiz ötüşməyə bilməz.

Ancaq buradakı futbol matçlarını izləmək imkanına sahib olsanız, manqalda qızardılmış alman kolbasaları görəcəksiz. Onların dadına baxmaq məsləhət görülür. Əlbəttə ki, pivə ilə istirahətinizi tamamlaya bilərsiniz. (Publika.az)

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR

Qeyri-adi futbol məkanları: göllər, qeyzerlər və radiolakasiya - FOTOLAR