İngiltərəİtaliya

Pirlo “Yunayted”ə xeyir-dua verdi: Əla transferdir

Məşhur italyan futbolçu Andrea Pirlo “Atalanta”dan “Mançester Yunayted”ə keçəcəyi gözlənilən yarımmüdafiəçi Ederson haqqında danışıb.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” artıq braziliyalı oyunçunun transferi ilə bağlı razılığa gəliblər – yalnız rəsmiləşdirmə prosesi qalıb.

“Daily Mail” qəzeti Pirlonun sözlərini sitat gətirib:

“Düşünürəm ki, Ederson İngiltərə Premyer Liqası üçün idealdır. O, çox iş görür və dinamikdir. Şübhə etmirəm ki, heç bir problem olmadan İngiltərə futboluna uyğunlaşacaq”.

 

Edersonun transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir. Yarımmüdafiəçinin dünən 27 yaşı tamam olub.

Aut.az