Basketbol

NBA ulduzu 1 günlük müqavilə bağladı və karyerasını bitirdi

NBA ulduzu, 40 yaşlı Kayl Louri peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Amerikalı basketbolçu bunu “Toronto” oyunçusu kimi edib və ən çox mövsüm keçirdiyi klubla simvolik bir günlük müqavilə imzalayıb.

“Ailəmə, dostlarıma, komanda yoldaşlarıma, məşqçilərimə, rəqiblərimə, heyətə, mediaya və xüsusən də azarkeşlərə təşəkkür edirəm. Hamısı sizin üçündür.

Təşəkkür edirəm, “Toronto”, təşəkkür edirəm, Kanada. Mən “Reptors” oyunçusu kimi təqaüdə çıxıram – 20 il 1 gün. 7 əbədidir. Hamınızı sevirəm, əlvida”, – deyə Lauri bildirib.

Kayl altı dəfə “All-Star” oyunçusu olub. O, “Toronto Reptors”la 2019-cu ildə NBA çempionluğunu qazanıb və ümumilikdə doqquz il bu komandada oynayıb.

Aut.az